3/9/2020
Fransada bioqazın təmizlənməsi üçün
Fransanın şərqində yerləşən bu poliqon, tarixi tullantı çöküntüləri səbəbindən bioqazın çoxsaylı çirkləndiricilərinə məruz qalmışdır. Hidrogen sulfidin (H2S) yüksək konsentrasiyası (> 4000 mq/Nm3) tikinti və söküntü materiallarının qalıqlarının nəticəsidir. Bir qayda olaraq, gipsin mövcudluğu H2S yaranmasına səbəb olur. Alçıpan (adətən 90% CaSO4, 2 H2O və 10% kağızdan ibarətdir) poliqon kimi bərpaedici mühitdə nəmişliyə məruz qaldıqda, sulfatreduksiyaedici bakteriyalar (SRB) H2S istehsal etmək üçün sulfatdan elektron akseptoru kimi istifadə edirlər.
Digər parçalanan materialların iştirakı ilə yaranan bioqazın tərkibində yalnız H2S deyil, həm də şəxsi gigiyena məhsullarında üstünlük təşkil edən orqanosiloksanlar və ya terpenlər kimi Uçucu Orqanik Birləşmələr (VOC) mövcuddur. Buna görə də bioqazın elektrik enerjisinə çevrilməsi istilik-elektrik mərkəzinin (İEM) mühərrikinin bu çirkləndiricilərdən qorunmasını tələb edir. Korroziya və silisium çöküntüləri iş fəaliyyətinə təsir edəcək və yüksək texniki xidmət xərcləri tələb edəcəkdir.
Maksimum məhsuldarlıq: azaldılmış karbon mübadiləsi, fərdi həll, maksimum yük
Baden-Badendə yerləşən, bioqaz və kogenerasiya qurğularının tikintisi və istismarı üzrə ixtisaslaşmış Alman şirkəti “Rytec”, “Donau Carbon”u kogenerasiya qurğusunun modernləşdirilməsi və istismarı üzrə tenderdə iştirak etməyə dəvət etdi.
Bütün bu problemləri həll etmək üçün “Donau Carbon”, SMARTSORB GT180 əsasında fərdi karbon filtrasiyası həllini təklif etdi. Modifikasiya edilmiş rezervuar “Rytec” şirkətinə əməliyyat zamanı qatın doymasını izləməyə və mübadilə vaxtını qabaqcadan müəyyən etməyə kömək edəcəkdir.
Öz emprenye (hopdurma) obyektlərini idarə edən “Donau Carbon”, bu tətbiq üçün yüksək səmərəli material tədarük edir. Nəticə etibarilə, bu ixtisaslaşdırılmış paket tədricən bioqazın təmizlənməsi, xüsusən də poliqonlar üçün nəzərdə tutulmuş mobil adsorberlər parkına yayılacaqdır.
Böyük miqdarda quraşdırılmış karbon və optimallaşdırılmış loqistika, səmərəli kükürd yükləməsi ilə birlikdə, bu həllin ümumi sahiblik xərclərini (TCO) minimuma endirəcək: bu, uzunmüddətli müqavilə əsasında 600-dən çox ev təsərrüfatının elektrik ehtiyacını qarşıladığınız zaman olduqca vacibdir.
AĞILLI (SMART) dediniz?


Українська
Հայերեն
Română